• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Türkiyə prezident seçkilərinin yekun nəticələrini açıqlanıb

Türkiyə prezident seçkilərinin yekun nəticələrini açıqlanıb
01.06.2023 15:11
Türkiyədə prezident seçkilərinin yekun nəticələri bu gün açıqlanıb. Bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Bildirilib ki,  "Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

Mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib.
 
Bu mərhələdə "Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparıb.

İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 %, müxalifət lideri isə 44,88 % səs toplayıb.

"Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17 % səs yığıb.

Sinan Oğan ikinci turda Ərdoğanı dəstəkləyəcəyini açıqlamışdı.
 
 "Millət İttifaqı"ndan prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.
 
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 səslə qalib gəlib.
 
İyunun 2-də Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkillərinin andiçmə mərasimi keçiriləcək, prezidentin andiçmə mərasimi isə təqvimə əsasən, şənbə günü, iyunun 3-də baş tutacaq.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Rusiyaya gedir
Dünya 10:09
Paşinyan Rusiyaya gedir
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Dünya 09:49
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
Dünya 00:10
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
FED faiz dərəcələrini yenidən endirib
Dünya 23:48
FED faiz dərəcələrini yenidən endirib
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
Dünya 22:53
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Dünya 22:14
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Dünya 21:29
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Sankt-Peterburqda bazarda yanğın baş verib
Dünya 20:52
Sankt-Peterburqda bazarda yanğın baş verib
Ərdoğan Türkmənistana səfər edəcək
Dünya 19:30
Ərdoğan Türkmənistana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol