• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Mayda Aqrar sığorta fonduna nə qədər müraciət daxil olub- AÇIQLAMA

Mayda Aqrar sığorta fonduna nə qədər müraciət daxil olub- AÇIQLAMA
01.06.2023 16:03
Mayda Aqrar Sığorta Fondunun 1651 çağrı mərkəzinə 42 rayondan 337 müraciət daxil olub. Bu barədə qurumdan bildirilib.
 
Məlumata görə, ilin əvvəlindən çağrı Mərkəzinə kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı 700-ə yaxın müraciət daxil olub.
 
Aqrar Sığorta Fondu dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına. sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, Əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verərək xərcləri qarşılayır.
 
Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.

Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən,  Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm,  qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
 
Aqrar Sığorta Fondunun çağrı mərkəzinin əlaqə nömrəsi 1651-dir .
 
Aytac Zeynalova





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 18:03
Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:57
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Cəmiyyət 16:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Hava ilə bağlı - Xəbərdarlıq
Cəmiyyət 15:29
Hava ilə bağlı - Xəbərdarlıq
Xaçmazda Samur-Abşeron su kanalında 1 nəfər batıb
Cəmiyyət 14:13
Xaçmazda Samur-Abşeron su kanalında 1 nəfər batıb
Naxçıvanda ayı insanlara hücum edib, xəsarət alan var
Cəmiyyət 14:00
Naxçıvanda ayı insanlara hücum edib, xəsarət alan var
Cəlilabadda maşınlar toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 13:15
Cəlilabadda maşınlar toqquşub - Xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Yer kürəsində maqnit qasırğası müşahidə olunur
Cəmiyyət 11:13
Yer kürəsində maqnit qasırğası müşahidə olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol