Rusiyanın itkilərinin sayı açıqlanıb
Ukrayna ordusu son sutkada Rusiyanın 540 hərbiçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ümumilikdə müharibə başlayandan Rusiyanın itkisi 208 910 nəfərdir.
Ötən sutkada müdafiə qüvvələrinin bölmələri Rusiyanın 25 hücumunu dəf edib.
Rusiya ordusu hücum zamanı 15 qanadlı raketdən və 18 Şahed İran zərbə PUA-larından istifadə edib.
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox