• $
  • £

Media Rusiyanın İrandan 1 milyon dollara silah aldığını sübut edən müqavilə əldə edib

Media Rusiyanın İrandan 1 milyon dollara silah aldığını sübut edən müqavilə əldə edib
05.06.2023 16:03
İran Rusiyaya tank və artilleriya komponentləri, eləcə də onlar üçün sursat verir. Bunu iyunun 5-də "Sky News" jurnalistlərinin surətini alıb ictimailəşdirdiyi müqavilə istinadan yazıb. 
 

Sənəd 14 sentyabr 2022-ci il tarixlidir, 16 səhifədən ibarətdir. Müqavilə dəyəri 1 milyon dollardan çox olan komponentlərin və döyüş sursatlarının alınmasına aiddir. Mənbə onu mərmilərin, həmçinin T-72 tankları və Haubitsa artilleriya qurğuları üçün lülələrin daxil olduğu iddia edilən əlaqəli müqavilənin beş səhifəsi ilə birlikdə təhvil verib.

Sky News yazır ki, onlar sənədlərin həqiqiliyini müstəqil şəkildə yoxlaya bilməyiblər. Bununla belə, təhlükəsizlik mənbəsi bildirib ki, "bu, iranlılar və ruslar arasında döyüş sursatı ilə bağlı müqavilədir... Biz bunun 100% orijinal olduğuna əminik”.

Müqavilənin bir nüsxəsi artıq mayda Böyük Britaniyaya səfəri zamanı Ukraynanın baş naziri Denis Şmıqala, eləcə də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə göstərilib. Kiyev və London materialların mənşəyini araşdırmağı planlaşdırdıqlarını və sənədlərin həqiqi olduğu halda tədbir görəcəklərini bildiriblər.

"Rusiyanın Ukraynaya müdaxilə cəhdində İranın Rusiyaya hərbi dəstək verdiyinə dair əlimizdə dəlillər varsa, biz hərəkətə keçdik və əlbəttə ki, həmişə bunu edəcəyik”, - Kleverli sənədi şərh edib.

O qeyd edib ki, Rusiya ordusunun Ukraynaya hücumu üçün istifadə etdiyi pilotsuz təyyarələrin tədarükündən sonra Britaniya artıq Tehrana qarşı sanksiyalar tətbiq edib.

Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko Britaniya televiziya şirkətinə müsahibəsində deyib: "Biz oxşar hadisənin baş verdiyindən şübhələnirdik”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol