• $
  • £

NATO: 500 türk hərbçisi Kosovaya gedib

NATO: 500 türk hərbçisi Kosovaya gedib
05.06.2023 19:12
NATO-nun əlavə qüvvələri Kosovaya gəlib.

Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, keçən həftə baş verən qarşıdurmalarda 30 sülhməramlının yaralanmasından sonra 5 iyun 2023-cü ildə NATO-nun əlavə qüvvələri Kosovaya gəlməyə başlayıb. "Türkiyənin 65-ci mexanikləşdirilmiş piyada briqadasının 500-ə yaxın hərbçisi NATO-nun qüvvələrinin əsas hissəsini təşkil edəcək. Türk batalyonu ilkin olaraq Sultan Murat Düşərgəsində yerləşdiriləcək və lazımi müddətdə Kosovoda yerləşdiriləcək. Lazım gələrsə, NATO ehtiyat qüvvələrinin əlavə bir batalyonu da yerləşdirilmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib", - məlumatda qeyd olunub.

NATO regionda sabitliyin yaradılması üzrə beynəlxalq səylərə dəstək məqsədilə 1999-cu ildən Kosovada sülhməramlı əməliyyata rəhbərlik edir. KFOR-un əsas missiyası BMT Təhlükəsizlik Şurasının 1244 saylı Qətnaməsinə uyğun olaraq Kosovada yaşayan bütün icmalar üçün təhlükəsiz mühiti və hərəkət azadlığını qorumaqdır. KFOR hazırda 27 NATO müttəfiqi və tərəfdaşının iştirak etdiyi 4200-dən çox hərbçidən ibarətdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol