NATO sabah Kaxovkanı müzakirə edəcək
Sabah NATO-nun Baş katibi Yens Stoltenberqin sədrliyi ilə NATO-Ukrayna Komissiyasının iclası keçiriləcək.
Bu haqda Stoltenberq sosial media hesabından açıqlama verib.
İclasda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba videokonfrans vasitəsilə iştirak edəcək.
Stoltenberq sosial media hesabından verdiyi açıqlamada Kuleba ilə bəndin vurulması ilə bağlı danışdığını, bəndin çökməsi səbəbindən minlərlə insanın evlərini tərk etdiyini və Ukraynanın ekoloji fəlakətlə üzləşdiyini bildirib.
İyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox