• $
  • £

Azərbaycana buğda idxalı artıb

Azərbaycana buğda idxalı artıb
09.06.2023 15:44
2023-cü ilin yanvarında 2022-ci il ilə müqayisədə Azərbaycana buğda idxalı  93 705 tondan 142  656 tona kimi artıb. Bu barədə DÖvlət Statistika Komitəsi məlumat yayıb. 
 
DSK-nin açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda buğda istehsalı azalaraq 1 milyon 736 min ton təşkil edib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton olub.
 
Ötən il Azərbaycan xaricdən 175 milyon 147,9 min dollar dəyərində 332,294 min ton şəkər xammalı və şəkər, 238 milyon 762,5 min dollar dəyərində 142,489 min ton bitki yağı, 75 milyon 469,5 min dollar dəyərində 14,406 min ton çay, 108 milyon 181,9 min dollar dəyərində 18,562 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar alıb.

İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki,gələn il  Azərbaycan həm su, təbii ehtiyatlar, həm torpaqların şoranlaşması səbəbindən ərzaq məhsulları üzrə idxaldan asılı olacaq.
 
Onun sözlərinə görə, Azərbaycan hansısa məhsul növləri üzrə idxaldan asılılığı azalda bilər, amma taxıl, şəkər və ya ilkin istehlak üçün tələb olunan mallardan asılı olacaq.
 
Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirir ki, əgər dövlət üzərinə düşən vəzifələri yerinə yetirsə, Azərbaycan özünün bütün ərzaq məhsullarına olan tələbatını ödəyə bilər.
 
"Ola bilsin ki, biz subtropik, eqzotik məhsullarla özümüzü təmin edə bilməyəcəyik, amma digər əsas kənd təsərrüfatı, ərzaq və yeyinti məhsullarından biz özümüzü təmin edəcək gücə sahibik. Bizim torpaq və iqlim şəraitimiz, mövcud olan su və mliyyə resursumuz imkan verir ki, biz bütün əhalinin ərzaq məhsullarına olan tələbatını beynəlxalq normaya uyğun şəkildə tam təmin edək. Biz həm bitkiçilik məhsulları, həm də heyvandarlıq məhsulları ilə özümüzü təmin edə bilərik. Bizim bu sahədə yeganə maneəmiz dövlətin öz üzərinə düşən vəzifələri yerinə yetirməməsidir. Bu vəzifələr seleksiya işinin təşkili, suvarma suyuna olan tələbatın ödənilməsi, kadr hazırlığı və bu kimi digər məsələlərdir. Məncə dövlət  üzərinə düşən vəzifələri yerinə yetirərsə, Azərbaycan özünün bütün ərzaq məhsullarına olan tələbatını yüz faiz ödəyə bilər, hətta daha artıq məhsul istehsal edib ixrac edə bilər. Yəni torpaqlarımızın münbitliyi və iqlim şəraiti buna tam imkan verir”, - ekspert bildirib.
 
2023-cü ildə ərzaq məhsullarının idxalında əsas həcm - 61 min 391,04 ton (artım 2,7 dəfə) qarğıdalının (20 milyon 774,67 min), 48 min 190,49 ton (artım 10%) düyünün (40 milyon 709,26 min), 13 min 155,38 ton (artım 3,8%) çayın (68 milyon 802,19 min), 342 min 69,18 ton (azalma 4%) meyvə-tərəvəz məhsullarının (208 milyon 367,49 min), 38 min 348,14 ton (artım 5,6%) ətin (72 milyon 201,9 min), 132 min 642,83 ton (azalma 2,5%) bitki və heyvan mənşəli yağların (235 milyon 657,52 min) payına düşüb.
 
Ötən ilin yekununda Azərbaycana buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb.
 
Eltac Nurullazadə
 

 
 
 
 


















Oxşar xəbərlər
Oxşar xəbərlər


Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq
İqtisadiyyat 17:23
Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq

Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib
İqtisadiyyat 15:42
Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib
Azərbaycan Mərkəzi Bankı üç şirkəti hesabat pozuntularına görə cərimələyib
İqtisadiyyat 15:08
Azərbaycan Mərkəzi Bankı üç şirkəti hesabat pozuntularına görə cərimələyib
Yelo Bank artıq Zaqatalada!
İqtisadiyyat 14:39
Yelo Bank artıq Zaqatalada!
Azərbaycanlı məktəbli qızlar Avropa riyaziyyat olimpiadasında üç bürünc medal qazanıb
İqtisadiyyat 12:43
Azərbaycanlı məktəbli qızlar Avropa riyaziyyat olimpiadasında üç bürünc medal qazanıb
ABM yeni 100 manatlıq əskinaslar dövriyyəyə buraxır
İqtisadiyyat 10:56
ABM yeni 100 manatlıq əskinaslar dövriyyəyə buraxır
Üç ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlanıb
İqtisadiyyat 10:09
Üç ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlanıb
Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib
İqtisadiyyat 09:56
Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:14
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol