• $
  • £

Bu ölkə dördgünlük iş həftəsinə keçir

Bu ölkə dördgünlük iş həftəsinə keçir
08.06.2023 14:40
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) federal hökumət işçiləri dördgünlük iş həftəsinə keçmək hüququ qazanacaqlar.  Bu barədə "Al Arabiya” məlumat yayıb.
 
iyulun 1-dən qüvvəyə minəcək qaydalar, dövlət işçilərinin artıq təyin olunmuş həftəlik iş saatlarını dörd gündə - gündə 10 saatdan və ya həftədə 40 saatdan çox olmayan işləməyi seçə biləcəklərini müəyyən edir.

Bu, həm işçinin, həm də işəgötürənin razılığı ilə olmalıdır. Özəl sektorda çalışanlar üçün isə heç bir qayda müəyyənləşməyib.

"Sıxılmış iş həftəsi”nə keçid BƏƏ-də dövlət işçiləri üçün yeni İnsan Resursları qanununda nəzərdə tutulan bir sıra iş modellərindən biridir. Model həm ölkə daxilində, həm də xaricdə uzaqdan işləməyə və hibrid işə imkan verir.

Hazırda digər Körfəz ölkələri də daha qısa iş həftəsinin tətbiqi imkanlarını araşdırır. Bu ilin martında Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi iş həftəsini qısaltmaq üçün üçgünlük istirahət rejiminin tətbiqi imkanını nəzərdən keçirdiyini bildirib.
 
Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib. Hazırda Böyük Britaniyada 30 şirkət 4 günlük iş rejiminə keçməklə bağlı pilot layihə həyata keçirir. Azərbaycanın qonşu olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələ müzakirə edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol