• $
  • £

Böyük Britaniya Belarusa qarşı sanksiya tətbiq edib

Böyük Britaniya Belarusa qarşı sanksiya tətbiq edib
08.06.2023 17:41
Böyük Britaniya hökuməti Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün  Lukaşenko rejimini maliyyələşdirən Belarusdan ixraca və internet üzərindən təbliğata qarşı yönəldilmiş yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib. Bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytı məlumat yayıb. 

Sanksiyalar hökumətə Belarusun bəzi media qurumlarının Böyük Britaniyada internet vasitəsilə təbliğat aparmasının qarşısını alacaq. Çünki Lukaşenko rejimi Rusiyanın Ukraynaya təcavüzünü fəal şəkildə asanlaşdırmaqda və yalan xəbərlər yaymaqda davam edir.

Belarus rejimi Rusiya qüvvələrinə əhəmiyyətli dərəcədə təlim və maddi-texniki dəstək verməklə yanaşı, Ukraynaya qarşı raket və pilotsuz uçuş aparatlarından zərbələr endirmək üçün öz ərazisi və hava məkanından Rusiyanın istifadəsinə icazə verib.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib ki, Ukraynaya lazım olduğu müddət ərzində dəstək davam edəcək və Böyük Britaniya Putinin müharibəsini dəstəkləyənlərə qarşı əlavə tədbirlər görməkdən çəkinməyəcək.

Ayişə Zahid
 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol