Rusiyanın ehtiyatları 1,3 milyard dollar azalıb
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları mayın 26-dan iyunun 2-dək 1,3 milyard dollar azalaraq 585 milyard dollar təşkil edib. Bu barədə Rusiya Mərkəzi Bankı məlumat verib.
Mayın 26-na olan məlumata görə, beynəlxalq ehtiyatlar 586,3 milyard dollar olub, beləliklə, həftə ərzində 1,3 milyard dollar azalıb.
Beynəlxalq ehtiyatlar Rusiya Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli maliyyə aktivləridir. Onlar xarici valyuta aktivlərindən, monetar qızıldan, xüsusi borc almaq hüququndan (SDR-lər, xüsusi borc almaq hüququ, Beynəlxalq Valyuta Fondu, BVF tərəfindən istifadə edilən hesab valyutası), BVF-də ehtiyat mövqeyi və digər ehtiyat aktivlərdən ibarətdir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox