Ermənistanda Azərbaycan əsgəri ilə bağlı “məhkəmə” başlayıb

Bu gün aprelin 9-da azmış və təsadüfən Ermənistan ərazisinə düşmüş Azərbaycan əsgərlərindən biri Hüseyn Axundovun "məhkəməsi” olacaq, bu barədə "Aravot” erməni nəşri yazıb.
Hüseyn Axundov Sünik rayonunda 57 yaşlı mühafizəçinin "qətl edilməsi” ilə bağlı uydurma işdə ittiham olunur. "Cinayət işinə” hakim Napoleon Oqanyan baxacaq.
Aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşən Şahbuz rayonunda Azərbaycan ordusunun hərbçiləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin və 2003-cü il təvəllüdlü Axundov Hüseyn əlverişsiz hava şəraiti ilə əlaqədar görüntünün məhdudlaşdırılması səbəbindən itkin düşüblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 