Buzaçı neft-qaz yatağında quyu yanır

Qazaxıstanın Manqistau vilayətində (qərbdə) Karaturun Yujnı neft-qaz yatağında quyuda yanğın baş verib. Bu barədə vilayət fövqəladə hallar departamentinin mətbuat xidməti məlumat yayıb.
Hadisə iyunun 9-na keçən gecə baş verib.
"Bu gün "Buzaçı Neft” MMC-nin 303 saylı quyusunda, "Karaturun Yujnı” yatağında yanğın baş verməsi barədə məlumat daxil olduqdan sonra Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin qüvvələri və vasitələri yerli vaxtla saat 11.30-da tam hazırlıq vəziyyətinə gətirilib və göndərilib”, - rəsmi məlumatda deyilir.
Agentlikdən verilən məlumata görə, quyuda yanğının söndürülməsinə 56 nəfər canlı qüvvə 12 ədəd yanğınsöndürən texnika, Fəlakət Təbabəti Mərkəzinin bir texnikası cəlb olunub. Ölən və yaralananlar barədə məlumat verilmir.
Energy Monitor teleqram kanalının məlumatına görə (Qazaxıstanın energetika sənayesi üzrə məlumat və analitik kanal) qazma aləti qaldırılarkən qaz-su qarışığı buraxılıb, nəticədə yerdən qaz fontanı fışqırıb.
Buzaçı Neft MMC neft və təbii qazın kəşfiyyatı, işlənməsi və hasilatı ilə məşğul olan müstəqil şirkətdir. Qaraturun yataqlar qrupunda işləyir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər