Rusiyanın itkilərinin sayı açıqlanıb
Ukrayna ordusu son sutkada 540 əsgərini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook hesabında paylaşıb.
Məlumata görə, Rusiyanın Ukraynadakı ümumi itkiləri 216 min 180 nəfərdir.
Bundan əlavə Rusiyanın 5 tankı, eyni sayda zirehli döyüş maşını, 10 artilleriya sistemi, 7 əməliyyat-taktiki səviyyəli pilotsuz uçan aparatı, 10 ədəd avtomobil texnikası, bir ədəd xüsusi texnikası da məhv edilib.
Baş Qərargahdan verilən məlumata görə, son sutka ərzində Ukraynanın şərqində 25 döyüş olub.
Rusların Ukraynadakı ümumi itkiləri iyunun 11-nə təxminən 215 min 640 nəfər təşkil edib. Bundan əlavə, gün ərzində Rusiyanın 24 zirehli döyüş maşını məhv edilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox