• $
  • £

Pensiya kartlarından nağdlaşdırma zamanı əlavə faiz tutulmamalıdır - TƏKLİF

Pensiya kartlarından nağdlaşdırma zamanı əlavə faiz tutulmamalıdır - TƏKLİF
12.06.2023 11:55
Pensiya və təqaüd alan şəxslərin kartlarından başqa bankların bankomatlarından nağd pul çıxaran zaman faiz tutulmamalıdır. Bu təkliflə millət vəkili Vüqar Bayramov Mərkəzi Bankın sədrinə  müraciət edib.

"Pensiya və təqaüd alanlar öz kartına aid olmayan bankın bankomatından pul çıxaran zaman əlavə faizlər tutulur. Bu ən çox regionlarda yaşayan şəxslər üçün problem yaradır. Təklif edirəm ki, beynəlxalq pratikadan istifadə edib bu faizləri ləğv edək. Mərkəzi Bank bu məsələyə baxsa çox yaxşı olar”, - deputat iyunun 12-də Milli Məclisin Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı bildirib. 
 
Bundan əvvəl, Milli Məclisin deputatı Rüfət Quliyev də komitə iclaslarının birində buna bənzər təkliflə çıxış edib. 
 
O təklif edib ki, regionlarda ATM problemi olduğu üçün pul çıxarışları zamanı tutulan komissiyaların faizləri aşağı salınsın.
 
Onun sözlərinə görə, fərqli bankların bankomatlarından nağd pul çəkən zaman tutulan komissiya 2-3% arasında dəyişir. Millət vəkili bunu 0,5%-ə endirməyi təklif edib. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq
İqtisadiyyat 17:23
Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq

Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib
İqtisadiyyat 15:42
Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib
Azərbaycan Mərkəzi Bankı üç şirkəti hesabat pozuntularına görə cərimələyib
İqtisadiyyat 15:08
Azərbaycan Mərkəzi Bankı üç şirkəti hesabat pozuntularına görə cərimələyib
Yelo Bank artıq Zaqatalada!
İqtisadiyyat 14:39
Yelo Bank artıq Zaqatalada!
Azərbaycanlı məktəbli qızlar Avropa riyaziyyat olimpiadasında üç bürünc medal qazanıb
İqtisadiyyat 12:43
Azərbaycanlı məktəbli qızlar Avropa riyaziyyat olimpiadasında üç bürünc medal qazanıb
ABM yeni 100 manatlıq əskinaslar dövriyyəyə buraxır
İqtisadiyyat 10:56
ABM yeni 100 manatlıq əskinaslar dövriyyəyə buraxır
Üç ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlanıb
İqtisadiyyat 10:09
Üç ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlanıb
Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib
İqtisadiyyat 09:56
Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:14
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol