Berluskoniyə görə İtaliyada milli matəm elan olunacaq
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin dəfn mərasimi günü ölkədə milli matəm elan ediləcək.
Bununla bağlı İtaliya hakimiyyəti qərar verib.
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni 87 yaşında dünyasını dəyişib. O, Milanda "San-Raffaele” klinikasında vəfat edib.
İtaliyalı siyasətçi aprelin 5-i xəstəxanaya yerləşdirilmiş və orada pnevmoniyadan müalicə almışdı. O, mayın 19-u evə buraxılmışdı.
Berluskoni 1994-1995, 2001-2006 və 2008-2011-ci illərdə İtaliyanın Baş naziri olub.www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox