Azərbaycanda rəqəmsal ödənişlərin həcmi artacaq
2023-cü ilin sonlarınadək qlobal səviyyədə rəqəmsal ödənişlərin dəyəri təqribən 6,7 trilyon dollar olacaq. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən "FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində deyib.
"Ümumi dövriyyədə nağdsız ödənişlərin payının 55 faizə çatacağı proqnozlaşdırılır. Bu müddət ərzində nağdsız ödənişlərin həcmi 24,192 milyon manat təşkil edib ki, bu da ümumi məbləğin 43,2%-ni təşkil edir. Nağdsız ödənişlərin əhəmiyyətli hissəsi bankomatlar və POS-terminallar vasitəsilə həyata keçirilib. "- icraçı direktor bildirib.
www.anews.az

2022-ci ildə Azərbaycanda kart ödənişləri ilə ölkə daxilində 55,980 milyon manat təşkil edib. Bu əməliyyatların 31,787 milyon manatını nağd ödənişlər təşkil edib ki, bu da ümumi məbləğin təxminən 56,8%-ni təşkil edib.
Aytac Zeynalova
www.anews.az