Azərbaycan əhalisinin sayı açıqlandı
2023-cü ilin beş ayında Azərbaycan əhalisinin sayı 10143521 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edib.
Ötən il bu rəqəm 10173178 nəfər olub.
2023-cü ilin ilk iki ayı ərzində ölkədə 11191 ölüm halı qeydə alınıb. Qeyd olunub ki, ölüm səviyyəsi 7,7 %-dən 6,8 %-ə düşüb.
Aytac
www.anews.az