BMT baş katibinin müavini Moskvaya gedir
BMT baş katibinin müavini Rozmari DiKarlo iyunun 15-16-da Moskvaya səfər edəcək və orada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşəcək, bu barədə baş katibin sözçüsü Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, Dikarlo sülh və təhlükəsizlik məsələlərinin geniş spektrini müzakirə etmək üçün Rusiya Xarici İşlər Nazirliyində yüksək səviyyəli nümayəndələrlə görüşlər keçirəcək.
Daha əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin Cenevrədə danışıqların yeni raundundan sonra Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı BMT ilə bağlanmış taxıl sazişi çərçivəsində memoranduma əməl edilməməsindən məyus olduğunu bildirib.
İyunun 9-da Cenevrədə Rusiya, BMT və UNCTAD nümayəndələri arasında taxıl sazişi çərçivəsində memorandum üzrə danışıqların növbəti mərhələsi keçirilib.
www.anews.az

Onun sözlərinə görə, Rusiya taxıl müqaviləsi üzrə şərtlərinin yerinə yetirilmədiyini bəyan edir. Diplomat vurğulayıb ki, Rusiya Federasiyası öz maraqlarını güzəştə gedə bilməz və etməyəcək.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər