Rusiyanın itkilərinin sayı açıqlanıb
Son sutka Ukrayna Rusiyanın 680 hərbiçisini məhv edib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
2022-ci il fevralın 24-dən 2023-cü il iyunun 14-dək Rusiyanın ümumi döyüş itkiləri 217 330 nəfər olub.ə
Baş Qərargahdan verilən məlumata görə, son sutkada Ukraynanın şərqində 28 döyüş olub.
Ukrayna Müdafiə Qüvvələri cəbhədə gün ərzində Rusiyanın şəxsi heyətinin cəmləşdiyi ərazilərə 13, zenit-raket komplekslərinə isə 4 zərbə endirib, bundan başqa 8 tank, 11 zirehli döyüş maşını, 19 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox