Dünyada 110 milyon insan köçkün düşüb - BMT
Ukrayna və Sudandakı müharibələr, həmçinin Əfqanıstandakı böhran səbəbindən dünyada köçkün düşən insanların sayı 110 milyona çatıb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında bildirilib.
2022-ci ildə köçkün düşən insanların sayı 19 milyona yaxın olub. Bu isə keçən illə müqayisədə rekord sıçrayış hesab olunur.
BMT-nin qaçqınlar üzrə rəhbəri Filippo Qrandi jurnalistlərə bildirib ki, qaçmağa məcbur olan insanların sayının bu qədər artması, əsasən Sudanda səkkiz həftə davam edən münaqişə ilə bağlıdır.
Bildirilib ki, Təkcə 2022-ci ilin sonunda 11,6 milyon ukraynalı məcburi köçkün düşüb.
Ümumi qeyd olunan rəqəmə öz ölkələrində təhlükəsizlik axtaran insanlar, eləcə də sərhədləri keçənlər daxildir. Hesabata görə, qaçqınlar və sığınacaq axtaranlar ümumi sayın təxminən 37,5 faizini təşkil edir.
Hesabatda keçən il 339 300 qaçqının evlərinə qayıda bildiyi, 114 300 nəfərin isə üçüncü ölkəyə köçürüldüyü qeyd edilib ki, bu da 2021-ci ildən iki dəfə çoxdur.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox