İsrail İrana xəbərdarlıq edib
İsraildən İrana xəbərdarlıq edilib. Bu barədə xarici KİV-də məlumat yayılıb.
Tehran və Vaşinqton arasında Omanın vasitəçiliyi ilə dolayısı ilə danışıqlar aparılacağı barədə məlumatlar fonunda İsrailin baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib ki, "İranla heç bir razılaşma İsrail üçün məcburi olmayacaq və ölkə özünü qorumaq üçün hər şeyi edəcək”.
"Vala News” xəbər saytının məlumatına görə, İranın ali lideri Əli Xamənei bir il əvvəl İnqilab Keşikçiləri Qvardiyasının bir sıra rəsmilərinin öldürülməsi və İranın nüvə proqramına görə İsraildən qisas almağa dair qərar verib. İsrail mətbuatının yazdığına görə, bu səbəbdən İslam Respublikası öz terror fəaliyyətlərini İsrail sərhədləri daxilinə sıxışdırmağa çalışır.
İsrail ordusu kəşfiyyatının məlumatına görə, İran hakimiyyəti bunu hələ ki bacarmayıb. Ancaq rəsmi Tehran Livan, Suriya, Qəzza zolağı, İordan çayının qərb sahili və İraqda da daxil olmaqla İsrailə qarşı başqa cəbhələri aktivləşdirməyə və gücləndirməyə çalışır.
Bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının rəhbəri ilə görüşdə İran İsrailin təhlükəsizliyinin təhdidlərinin 95 faizinə görə məsuliyyət daşıdığını bildirmişdi.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox