Avropa Parlamenti Kaxovka SES-in dağıdılmasını hərbi cinayət kimi tanıyıb
Avropa Parlamentinin deputatları Rusiya hərbçiləri tərəfindən iyunun 6-da Uraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndinin partladılmasını hərbi cinayət adlandırıblar.
Bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasının yekunlarına dair bəyanatında deyilir.
Parlamentarilər Rusiya hərbçilərinin bu hərəkətlərini kəskin pisləyiblər. Deputatlar Avropa Şurasının ayın sonunda Brüsseldə keçiriləcək iclasına hazırlıq prosesini nəzərdən keçiriblər.
Deputatlar Aİ-ni Ukraynaya güclü dəstəyi davam etdirməyə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə və rusiyalı oliqarxların milyardlarla aktivlərinin Ukraynanın yenidən qurulmasına yönəltməyə çağırıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox