İran şirkəti Meqridə gömrük keçid məntəqəsi tikəcək
Ermənistanla İran arasındakı mövcud gömrük keçid məntəqəsi yenidən inşa olunacaq.
Meqri rayonu ərazisində gömrük keçid məntəqəsinin təməli atılıb.
Bu ilin yanvar ayında İranın "Tana Energy Management” şirkəti ilə Ermənistan hökuməti arasında gömrük keçid məntəqəsinin tikintisiylə bağlı müqavilə imzalanıb. Tikinti işlərinin 2026-cı ildə başa çatması gözlənilir.
Tikinti işlərinin keyfiyyətinə texniki nəzarəti Böyük Britaniyanın "Roughton International Limited” şirkəti həyata keçirəcək. Bu şirkət uzun illərdir Ermənistanda layihələr icra edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox