İrəvan və Bakı sülh istəyirsə, müqaviləni Zəngəzurda imzalamalıdır - Deputat/VİDEO
İrəvan və Bakı barış istəyirsə, sülh müqaviləsini Brüssel, Moskva və Vaşinqtonda deyil, Zəngəzurda imzalamalıdır. Bunu deputat Zahid Oruc deyib.
"Dünən bütün erməni informasiya kanallarında Həkəri körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması zamanı ölkəmizin qəhrəman oğulları ilə Rusiya sülhməramlılarının birgə hərəkət etməsinə qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparılırdı. 30-cu ildönümünü yaşadığımız hazırki iyun günlərində bizi Rusiya ilə 90-cı illərdəki kimi toqquşdurmaq istəyirlər. Əliyev-Putin-Ərdoğan arasında münasibətlər Amerika və Avropa Birliyini qəzəbləndirir. Lakin plan işləmir. Dünənki Zəngilan, Laçın və digər sərhəd nöqtələrində təxribatlarla Strasburqdakı, Brüsseldəki siyasi şantaj dolu müzakirələr vahid mərkəzdən idarə olunur. Xalqımız bilir ki, Rusiya-Amerika savaşı Ermənistan-Azərbaycan arasında sülhə imkan vermir. İrəvan və Bakı barış istəyirlərsə, gedib müqaviləni Brüssel, Moskva və Vaşinqtonda deyil, Zəngəzurda imzalasınlar!", - millət vəkili iyunun 16-da Milli Məclisin iclasında çıxışı zamanı deyib.
İyunun 15-də İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırıb.
Azərbaycan Baş Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlayıb.
www.anews.az

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər