Uqandada üsyançılarının məktəbə hücumu nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb
Uqandada üsyançılarının məktəbə hücumu nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Bu barədə DW şəhərin meri Selvest Mapozeyə istinadən məlumat yayıb.
Daha əvvəl hücum zamanı 37 nəfərin həlak olduğu bildirilib.
Məlumata görə, səlahiyyətlilər artıq ölkənin qərbində, Konqo Demokratik Respublikası ilə sərhəd yaxınlığında Mpondvedə orta məktəbdə Müttəfiq Demokratik Qüvvələrin (ADF) - Uqandanın Azadlığı Milli Ordusunun üsyançılarının hücumundan sonra yandırılmış, güllələnmiş 38 tələbə də daxil olmaqla 41 nəfərin meyitini aşkarlayıblar.
Hücum nəticəsində daha 8 nəfər yaralanıb. Onlar xəstəxanadadırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox