• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Prezidentlə məzələndilər - VİDEO

Prezidentlə məzələndilər - VİDEO
12.03.2014 19:14
ABŞ prezidenti Barak Obama ilə canlı efirdə bəlkə də bu qədər sərbəst zarafatlaşan olmamışdı. Obama yeni səhiyyə islahatı planına gənclərin dəstəyini qazanmaq üçün nə məşhur kanallara, nə də ki, tok-şoulara müraciət etməyib. Yeni “prezident ünsiyyəti” formasını sınaqdan keçirən Ağ Ev rəhbəri məşhur yumorist və kinoaktyor Zak Qalifianakisin “İki qıjı arasında” internet verlişinin qonağı olub. Verilişi açıq elan edən Zak, ilk əvvəl Obamanı adını düzgün oxumamaqla çətin vəziyyətdə qoymağa çalışıb. Çox keçmədən aparıcı “Sonuncu qaradərili prezident olduğunu bilmək necə bir hissdir” deyə soruşub. Obama isə, “ciddimi deyirsən, bəs sonuncu dəfə kiminləsə söhbət etdiyini bilmək necə bir hisdir?” - deyə aparıcını zarafatyana hədələyib. Qısametrajlı verliş boyu özünü saymazyana aparan, prezident səhiyyə islahatından danışan zaman saatına baxan Zak, qəfildən Obamaya əlindəki yaranı göstərir və hörümçək hücumuna məruz qaldığını deyir. Obama onun dərhal müalicə olunmasını məsləhət görərək, indiyənə kimi belə bir iyrənc şey görmədiyini dilə gətirib. Sonda Obama hamıya müəmmalı qalan qırmızı düyməni basır və əsas fon olan qara pərdə yerə enir. Çəkilişin elə Ağ evdə getdiyi məlum olur. Prezidentin, "Ağ Evdə çəkiliş aparmağa kim icazə verib" sualına Zak, Corc Buşun razılığını aldığını deyir. Video internetə yerləşər-yerləşməz - 3 saat yarım ərzində bir milyondan çox baxış əldə edib. Vebsəhifə qısa vaxt ərzində prezidentin səhiyyə təşəbbüsünü təbliğ edən “helskeyr nöqtə qov” saytının əsas kənar mənbəyinə çevrilib. İlk saatlarda videodan birbaşa “Obamanın səhiyyə qayğısı” saytına 14 min nəfər keçid alıb. //Qafqazinfo
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
Dünya 13:37
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
Dünya 11:58
İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Dünya 09:28
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Dünya 09:14
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Dünya 09:00
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Dünya 23:35
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Dünya 23:00
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Dünya 22:50
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol