Rusiyanın itkilərinin sayı açıqlanıb
Ukrayna son sutkada Rusiyanın 630 hərbiçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, irimiqyaslı müharibə başlayandan bəri Rusiyanın Ukraynada ümumi döyüş itkiləri təqribən 220 min 450 nəfər təşkil edib.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 370 hava hücumundan müdafiə sistemləri , 314 təyyarə, 305 vertolyot, 3383 əməliyyat-taktiki səviyyəli PUA-ları məhv edib.
İyunun 18-də Müdafiə Qüvvələrinin aviasiyası Rusiynın şəxsi heyətinin cəmləşdiyi ərazilərə 10 zərbə endirib və Rusiyanın 1 zenit-raket kompleksi vurulub.
Rusiyanın bir Ka-52 helikopteri, İranın 3 Şahed tipli hücum PUA-sı və yeddi kəşfiyyat PUA-sı məhv edilib.
Eyni zamanda, son sutka ərzində raket və artilleriya bölmələri iki komanda məntəqəsini, dörd zenit-raket kompleksini, Rusiyanın iki şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazini, iki sursat anbarını vurub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox