• $
  • £

Özbəkistan Rusiyadan qaz almağa hazırlaşır

Özbəkistan Rusiyadan  qaz almağa hazırlaşır
19.06.2023 15:46
2023-cü il oktyabrın 1-dən Özbəkistan Rusiyadan sutkada  9 milyon kubmetr  qaz almağa hazırlaşır. İl ərzində Rusiyadan alınan qazın həcmi isə 2,8 milyard kubmetr təşkil edəcək. Bu barədə Özbəkistanın Energetika Nazirliyi məlumat yayıb.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iki il müddətinə qaz idxalı haqqında sazişi Özbəkistanın energetika naziri Jurabek Mirzəmaxmudov və "Qazprom”un idarə heyətinin sədri Aleksey Miller imzalayıblar.

Özbəkistanın Energetika Nazirliyi bildirib ki, qazın qiyməti regiondakı bazar qiymətlərinə, həmçinin Özbəkistanda qazın qiymətinə və "bazar prinsipləri əsasında aparılması planlaşdırılan islahatlara” uyğun olaraq danışıqlar əsasında müəyyənləşdiriləcək. 

Sazişə əlavə olaraq, yol xəritəsi imzalanıb ki,  bu da digər məsələlərlə yanaşı, 22 kilometr yeni magistral qaz kəmərlərinin çəkilişini, 56 kilometr qaz kəmərinin və qaz nasos stansiyasının təmirini nəzərdə tutur.
 
Rusiya Ukrayna ilə müharibəyə başlayandan sonra bu ölkəyə sanksiyalar tətbiq olunub. Avropa ölkələri bu səbəbdən  Rusiyadan qaz idxalını azaltmağa və qaz kəmərlərini dizerfikasiya etməyə çağırıb. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol