• $
  • £

NATO üzv ölkələrin müdafiə xərcləri üçün minimum müəyyən edəcək

NATO üzv ölkələrin müdafiə xərcləri üçün minimum müəyyən edəcək
19.06.2023 18:45

NATO-nun Vilnüs sammitində Almaniya da daxil olmaqla müttəfiqlər müdafiə xərclərinin üzv ölkələrin ÜDM-nin minimum 2%-ni təşkil etməsində razılaşacaqlar.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq Almaniya Sənaye Federasiyasının təşkil etdiyi tədbirdə deyib.

O, Vilnüs sammitində həmçinin müttəfiq ölkələr üçün qabiliyyət hədəflərinin razılaşdırılacağını qeyd edib. Baş katib bildirib ki, bu hədəflərə hər bir müttəfiq ölkənin malik olmalı olduğu minlərlə müxtəlif imkanlar – tanklar, təyyarələr, sursat, gəmilər, hazırlıq və s. daxildir. "Bunun isə bədəli var. Bir çox müttəfiqlər üçün bu xərclər 2%-dən çox olacaq. Şübhə yoxdur ki, Almaniya da digər müttəfiqlər kimi müdafiə sahəsinə nəzərəçarpacaq investisiya qoymalı olacaq. Mən maliyyə naziri və Baş nazir olmuşam. Bilirəm ki, müdafiə xərclərini artırmaq çətindir. Çünki reallıq budur ki, əgər müdafiə üçün əlavə 1 milyard xərclənirsə - biz daha təhlükəli bir dünyada yaşadığımız üçün bunu etməliyik – səhiyyə, təhsil, infrastruktur sahələrinə, vergiləri azaltmağa 1 milyard az ayrılır. Beləliklə, bunun bir bədəli var. Ancaq reallıq budur ki, bütün NATO müttəfiqləri "soyuq müharibə”nin başa çatmasından sonra gərginlik azaldığı üçün müdafiə xərclərini azaldıblar. İndi isə gərginlik qalxıb və Ukraynada genişmiqyaslı müharibə gedir. Ona görə də mən Almaniyanın və digər müttəfiqlərin müdafiə sahəsinə daha çox investisiya qoymasını gözləyirəm”, - Stoltenberq qeyd edib.









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol