• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Məhkəmə torpaq icarəsi barədə qərar verdi

Məhkəmə torpaq icarəsi barədə qərar verdi
19.06.2023 21:39

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin və Milli Məclis Aparatının mülahizələrini, Nazirlər Kabinetinin, Ali Məhkəməsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının, Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru A.Əliyev və Azərbaycan Diplomatik Akademiyasının doktorantı A.Abbasovun rəylərini, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Cəmiyyət 09:52
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol