Rusiyanın itkilərinin sayı açıqlanıb
Ukrayna son sutkada Rusiyanın 221 mindən çox hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Hazırda Rusiyanın ümumi döyüş itkisi 221 460 nəfərdir.
Gün ərzində Rusiyanın 5 ədəd xüsusi texnikası, 32 ədəd avtomobil texnikası, 3 ədəd qanadlı raketi, 10 ədəd əməliyyat-taktiki pilotsuz uçan aparatı, 1 helikopter, 2 hava hücumundan müdafiə sistemi, 4 reaktiv yaylım atəşi sistemi, 23 artilleriya sistemi, 15 zirehli döyüş maşını və 8 tank məhv edilib.
İyunun 20-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Avdiivka, Baxmut, Maryinski və Liman istiqamətlərində ruslarla ağır döyüşlərin davam etdiyini bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox