Rusiyanın itkilərinin sayı açıqlanıb
Son sutkada Ukrayna Rusiya ordusunun 540 hərbiçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
2022-ci il fevralın 24-də bu günə kimi Rusiyanın ümumi itkiləri 222.000-ə yaxın olub.
Ukrayna hərbçiləri gün ərzində Rusiyanın 4 min 6 tankı, zirehli döyüş maşını - 7 min, artilleriya sistemi - 3 min 920 , reaktiv yaylım atəş sistemi - 615 ədəd sıradan çıxarıb..
UNİAN-ın digər bir məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri iyunun 21-nə keçən gecə Rusiyanın İran istehsalı olan "Şahed-136/131” kamikadze pilotsuz təyyarələri ilə şimaldan zərbələr endiriblər. Onların hamısı Xmelnitski vilayətində Hərbi Hava Qüvvələrinin qüvvə və vasitələri tərəfindən məhv edilib.
Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası 24 saat ərzində Rusiyanın şəxsi heyətinin cəmləşdiyi ərazilərə və üç zenit-raket kompleksinə 9 zərbə endirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox