Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan münasibətlərini müzakirə edib - YENİLƏNİB
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Londonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsini müzakirə ediblər.
Görüşdə eləcə də Ukraynadakı vəziyyət, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr müzakirə mövzusu olub.
Müzakirələr Ukraynanın yenidən qurulmasına dair ikigünlük beynəlxalq konfrans çərçivəsində baş tutub.
18:58
Məlumata görə, görüşdə Türkiyəyə F-16 qırıcılarının tədarükü, İsveçin NATO-ya üzvlük prosesi və regional məsələlər gündəmə gəlib.
Həmçinin, Ukrayna-Rusiya müharibəsi və Suriyadakı son vəziyyətlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə mövzusu olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox