Rusiya son sutkada 650 hərbiçisini itirib
Son sutkada Ukrayna ordusu Rusiyanın 650 hərbiçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Müharibə başlayandan bəri Rusiyanın ümumi itkiləri təxminən 222 min 650 nəfər olub.
Son 24 saat ərzində Müdafiə Qüvvələrinin aviasiyası Rusiyanın şəxsi heyətinin cəmləşdiyi ərazilərə 12, zenit-raket komplekslərinə isə 6 zərbə endirib.
Ukrayna müdafiəçiləri Rusiyaya məxsus Mi-24 hücum helikopterini və 7 kəşfiyyatçı PUA-nı məhv ediblər.
Son sutka ərzində raket qoşunlarının bölmələri və artilleriya bölmələri üç komanda məntəqəsini, bir zenit-raket kompleksini, qarşı tərəfin iki şəxsi heyətini və hərbi texnikasının cəmləşdiyi ərazini, atəş mövqelərində 13 artilleriya silahını, iki elektron döyüş məntəqəsini vurub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox