• $
  • £

ABŞ Konqresinin Komitəsi 886 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib

ABŞ Konqresinin Komitəsi 886 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib
22.06.2023 21:53
ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi ABŞ-ın növbəti maliyyə ili (oktyabrın 1-dən başlayır) üçün 886,3 milyard dollarlıq müdafiə büdcəsi layihəsini qəbul edib.

Büdcə layihəsində həmçinin Ukraynaya hərbi yardım və Rusiyanı Avropada dayandırmaq üçün vəsait də nəzərdə tutulub.

Komitənin saytında yayımlanan səsvermədə 58 konqresmen təşəbbüsü dəstəkləyib, yalnız 1-i onun əleyhinə çıxıb. Əvvəlcə 858 milyard dolların ayrılması nəzərdə tutulan büdcə layihəsi ilə bağlı 17 saat davam edən müzakirədə layihəyə 800-dən çox dəyişiklik edilib. İndi sənəd tam tərkibli Nümayəndələr Palatası tərəfindən müzakirə olunacaq.

İzahat qeydində vurğulandığı kimi, müdafiə büdcəsi layihəsində Ukraynanın ATACMS operativ-taktiki raket sistemləri ilə təchiz edilməsi üçün 80 milyon dollar nəzərdə tutulub.

Konqresmenlər həmçinin Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (Ukraine Security Assistance Initiative, USAI) çərçivəsində rəsmi Kiyevə 300 milyon dollar yardım göndərmək niyyətindədirlər. Vəsait Ukrayna Silahlı Qüvvələrini taktiki raketlər, zərbə PUA-ları ilə təchiz etmək, Kiyevi silahla təmin edən ABŞ və müttəfiqlərinin arsenallarını artırmaq üçün nəzərdə tutulur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol