Aİ XİN rəhbərləri İrana qarşı 9-cu sanksiyalar paketini təsdiqləyəcək
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri 26 iyunda İrana qarşı 9-cu sanksiyalar paketini təsdiqləyəcək.
Aİ rəsmisinin sözlərinə görə, İttifaqın Tehrana qarşı mütəmadi sanksiyalar tətbiq etməsinə baxmayaraq, Brüssel hələ də nüvə proqramı üzrə razılığın əldə olunmasına ümid edir.
Diplomat həmçinin onun da vurğulayıb ki, Aİ bundan öncə İranda insan haqlarının pozulmasına görə Tehrana qarşı səkkiz sanksiya paketi tətbiq edib.
Məhdudiyyətlər arasında İranın Avropadakı aktivlərinin dondurulması, Aİ ərazisinə giriş qadağası və Avropa biznes dairələrinin İrana qarşı sanksiyalar çərçivəsində qara siyahıda adları yer alanlarla işgüzar əlaqələrinə qadağaların tətbiqi daxildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox