Adanada meşə yanğınları başlayıb
Türkiyənin Adana bölgəsinin Çukurova rayonunda meşədə yanğın başlayıb.
Bu barədə yerli media məlumat yayıb.
Əraziyə yanğınsöndürənlər cəlb edilib.
Məlumata görə, yanğın yerli vaxtla saat 16:30 radələrində naməlum səbəbdən baş verib.
Ətrafdakı insanların verdiyi məlumatlar əsasında Meşə Region İdarəsinə aid helikopterlər və çoxlu sayda su çiləyiciləri bölgəyə sövq edilib. Ekipajlar alova nəzarət etmək üçün havadan və qurudan işlərini davam etdirir.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
Bu gün Muğlanın Marmaris rayonunda da meşə yanğını baş verib. Yanğının söndürülməsi üçün havadan və yerdən müdaxilələrə başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox