NATO sammitində müdafiə xərclərinin artırılması qərarı qəbul ediləcək
NATO-nun iyulda keçiriləcək sammitində müdafiə xərclərinin artırılması qərarı qəbul ediləcək.
Alyansın hesabatında təqdim edilən məlumatlara əsasən, Yunanıstan, ABŞ, Litva, Polşa, Böyük Britaniya, Estoniya və Latviya ötənilki müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2 faizindən çox göstərib.
"Biz öz təhlükəsizliyimizə sərmayə qoymağa davam etməliyik. Litvanın paytaxtında keçiriləcək sammitdə biz müdafiə sektoruna daha böyük sərmayələr barədə razılaşacağıq”, - Alyans rəhbəri qeyd edib.
NATO-ya üzv ölkələr 2014-cü ilin sentyabr ayında Uelsdə keçirilən sammitdə bütün üzv ölkələr üçün müdafiə xərclərinin ÜDM-in 2 faizi olaraq təyin etmək barədə qərar veriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox