XİN başçısı: Rusiya taxıl müqaviləsini uzatmaq üçün heç bir səbəb görmür
Rusiya taxıl müqaviləsini uzatmaq üçün heç bir səbəb görmür.
Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov iyunun 30-da keçirdiyi brifinqdə deyib.
Nazir söyləyib ki, Qərbdən gələn bütün maneələrə baxmayaraq, Rusiya gübrələrinin və ərzaqlarının ixracı davam edir.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox