Cenevrə hava limanında uçuşlar təxirə salınıb
İsveçrənin Cenevrə şəhərində hava limanının işçiləri tətilə başladığı üçün onlarla reys təxirə salınıb.
Bu barədə xarici KİV xəbər verib.
İsveçrənin ikinci ən işlək hava limanı olan Cenevrə Hava Limanında pasport nəzarəti və təhlükəsizlik işçiləri də daxil olmaqla 1000-ə yaxın işçi nəqliyyatın hərəkətini dayandıraraq tətilə çıxıb.
Hava limanı rəhbərliyi ilə İctimai Xidmətlər Birliyi arasında işçilərin maaşlarının artırılması ilə bağlı razılıq əldə edilmədiyi üçün işçilər tətilin bazar gününə qədər uzadılmasına qərar veriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox