Avstriya Avropada hava hücumundan müdafiə sisteminə qoşulacaq
Avstriya Avropada hava hücumundan "Səma qalxanı" ("Sky Shield”) müdafiə sisteminə qoşulacaq.
Bu barədə məlumatı Federal Kansler Aparatı və Müdafiə Nazirliyi təsdiqləyib.
Federal Kansler Karl Nehammer bu qərarı əsaslandırarkən bildirib ki, Ukraynadakı müharibə təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərib və Avstriyanın dron və raketlərin mümkün hücumundan qorumaq üçün müvafiq tədbirlər görülməlidir. Həmçinin qeyd edilib ki, bu sistemə qoşulmaq Avstriyanın əbədi neytrallığına xələl gətirməyəcək.
Müdafiə naziri Klaudia Tanner bildirib ki, müdafiə sisteminə qoşulmaq üçün hazırda danışıqlar gedir və Avstriyanın bu layihədə konkret iştirakının nədən ibarət olacağı araşdırılır. Qeyd edilib ki, Avstriyanın bu sistemə qoşulması yalnız təhlükələrin qarşısının alınması, yəni sırf müdafiə xarakteri daşıyacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox