Almaniya müdafiə naziri İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyəyə çağırış edib
Almaniya müdafiə naziri Boris Pistorius Türkiyəni İsveçin NATO-ya üzvlüyünə icazə verməyə çağırıb.
Bu barədə CNN xəbər verir.
Boris Pistorius Polşalı həmkarı Mariuş Blaszak ilə birgə mətbuat konfransında Türkiyənin bu müqavimətə son verməsinin vacib olduğunu deyib.
"Biz Ukraynadakı müharibə ilə əlaqədar yeni təhlükəsizlik vəziyyəti ilə üzləşirik. Təhlükəsizlik vəziyyəti bizi çəkindiricilik və müdafiə qabiliyyəti ilə bağlı danışmağa məcbur edir və İsveçin tezliklə NATO-ya üzv olması, Türkiyənin müqavimətindən əl çəkməsi vacibdir”, - Pistorius deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox