• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə aktivlərini 17% artırıb

Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə aktivlərini 17% artırıb
03.07.2023 22:54
Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ildə aktivləri 16,9%  artaraq  30 milyard 861,987 milyon manat təşkil edib. 

Mərkəzi Bankın 2022-ci il üzrə MHBS üzrə maliyyə hesabatlarına əsasən, bankın aktivlərinin strukturunda 31 dekabr 2022-ci il tarixinə nağd pul vəsaitlərinin həcmi 6 milyard 583,022 milyon manat (azalma 3,7%) təşkil edib.

Borc qiymətli kağızları 22 milyard 19,99 milyon manat (artım 26,8%)  dəyərində qiymətləndirilir.

2023-cü il yanvarın 1-nə Mərkəzi Bankın rezident banklara verdiyi kreditlərin həcmi 288,889 milyon manat (azalma 18,9%), qalan hissəsi isə digər aktiv maddələrinin payına düşür.

2022-ci ilin sonuna AMB-nin öhdəlikləri 29 milyard 881,196 milyon manat (artım 18,4%) təşkil edib.

AMB-nin öhdəliklərinin strukturunda 2022-ci ildə tədavüldə olan əskinas və sikkələrin nominal üzrə həcmi 19,5% artaraq 14 milyard 714,36 milyon manata çatıb.

Bununla yanaşı, Mərkəzi Bankın dövlət orqanları qarşısında öhdəliyi 4 milyard 280,227 milyon manat (artım 6,9%), kredit təşkilatları qarşısında 6 milyard 169,718 milyon manat (azalma 17,1%) təşil edir. 
dır
2022-ci ildə AMB-nin nizamnamə kapitalı dəyişməyib  və hazırda  500 milyon manat. Eyni zamanda, bu ilin əvvəlinə AMB-nin kapitalı 980,791 milyon manat (azalma 16,2%) təşkil edib.

2022-ci ildə AMB-nin xalis zərəri 195,246 milyon manat (azalma 3,2%) təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Banklardakı valyuta hərraclarındakı satış azalıb
İqtisadiyyat 12:36
Banklardakı valyuta hərraclarındakı satış azalıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:57
Məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti bahalaşıb
İqtisadiyyat 09:20
Azərbaycan neftinin qiyməti bahalaşıb
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol