Azərbaycanda pul bazası ilin birinci yarısında 5,4% artıb

25 iyun 2023-cü il tarixinə Azərbaycanda pul bazasının həcmi 18 milyard 401,7 milyon manat təşkil edir.
2022-ci ilin sonuna Azərbaycanda pul bazası 17 milyard 460,3 milyon manat təşkil edib. Belə ki, "İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, 2023-cü ilin yanvar-iyun aylarında pul bazası 5,4% artıb.
Bununla yanaşı, 2023-cü ilin iyun ayında Azərbaycanda pul bazası 1 milyard 51,2 milyon manat və ya 6,1% artıb.
2022-ci ildə Azərbaycanda pul bazası 2,7% azalıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər