• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

İyulda Rusiya şirkətlərinin Azərbaycana biznes missiyası gələcək

İyulda Rusiya şirkətlərinin Azərbaycana biznes missiyası gələcək
04.07.2023 13:32
İyulda Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar səfəri baş tutacaq.

Missiya Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə "Ximqrad” SC (Tatarıstan) tərəfindən təşkil olunub.

Missiya sənaye parklarının və azad iqtisadi zonanın fəaliyyətini kimya sənayesi sahəsində iş adamı üçün yaradılmış şəraitlə yaxından tanış etmək, eləcə də xalçaçılıq sahəsi ilə yaxından tanış olmaq məqsədilə təşkil olunub.
 
2023-cü ilin yanvar-mayında Azərbaycan məhsullarının Rusiyaya ixracı 470 milyon 147,19 min dollar (artım 73,4%) təşkil edib ki bu da əvvəlki ilin eyni müddəti ilə müqayisədə 44,1% çoxdur.  Bu barədə Dövlət Gömrük Komitəsi  məlumat verib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-mayında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 7,8%-ni Rusiya ilə ticarət əməliyyatları təşkil edib və Rusiya Federasiyası Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. 

Azərbaycan məhsullarının Rusiya Federasiyasına ixracı 470 milyon 147,19 min dollar (artım 73,4%) təşkil edib. Ümumilikdə, Rusiyaya tədarüklər Azərbaycan ixracının 2,92%-ni təşkil edib (Azərbaycan ixracının əsas istiqamətləri üzrə Rusiya 7-ci yerdədir).

Azərbaycana Rusiya məhsullarının idxalı 1 milyard 319 milyon 415,32 min dollar (artım 36,3%) təşkil edib. Azərbaycana mal idxalının ümumi həcmində Rusiyadan tədarüklərinin payı 19,29% təşkil edib (Rusiya Federasiyası Azərbaycana 1 nömrəli idxalçıdır).

Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-mayında Azərbaycanın Rusiya Federasiyası ilə ixrac-idxal münasibətlərində mənfi saldosu 849 milyon 268,13 min dollar təşkil edib.

2022-ci ilin sonuna Azərbaycan-Rusiya ticarət dövriyyəsi 3 milyard 710 milyon 239,41 min dollar (2021-ci ilin göstəricisindən +23,9%) təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Banklardakı valyuta hərraclarındakı satış azalıb
İqtisadiyyat 12:36
Banklardakı valyuta hərraclarındakı satış azalıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:57
Məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti bahalaşıb
İqtisadiyyat 09:20
Azərbaycan neftinin qiyməti bahalaşıb
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol