• $
  • £

Müharibədə iştirak edən ukraynalı qadınların sayı açıqlanıb

Müharibədə iştirak edən ukraynalı qadınların sayı açıqlanıb
04.07.2023 14:41
Ukrayna ordusunda hazırda 5000 ukraynalı qadın iştirak edir. Bu barədə "Ukrinform"-a  Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ümumukrayna Qadın Liderlik Forumunda deyib.
 
Onun sözlərinə görə, müharibə qadın və kişi arasında seçim qoymur.

"Müharibə qadınlarımızı da ölkəmizi müdafiə etməyə məcbur edib. Silahlı Qüvvələrdəki ukraynalı qadınlarla fəxr edirəm. İndi 42 min qadın hərbi qulluqçu var, mülki şəxslərlə birlikdə bu, 60 mindən çoxdur. Amma 5 min qadın cəbhə xəttindədir. Müharibənin kişi siması var, ona görə də qadınlarımız son dərəcə çətin tapşırıqları yerinə yetirir, ağır kişi işi ilə məşğul olurlar", -  Anna Malyar əlavə edib.

O bildirib ki, müharibəyə gedən qadınların özləri cəbhə xəttini seçib. Onları heç kim məcbur etməyib.
 
Ukrayna ordusu son sutkada Rusiyanın 770 hərbçisini məhv edib. Müharibə başlayandan bu günə kimi Rusiyanın ümumi itkisi 231 030 nəfərə çatıb.
 
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol