Qoşulmama Hərəkatının Azərbaycan üçün hansı təsirləri ola bilər? - Ekspertlərdən açıqlama

2023-cü il iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Azərbaycan 2019-cu ildən Qoşulmma Hərəkatına sədrlik edir. Hərəkata sədrlik 2023-cü ilin sonuna kimi uzadılıb.
Deputat Aydın Hüseynov deyir ki, Qoşulmama Hərəkatının mövcud imkanlarını perspektivə çevirmək təşkilatın qarşısında duran əsas prioritetdir.
"Dünya əhalisinin 55 faizi Qoşulmama Hərəkatına üzv olan ölkələrin ərazisində yaşayır. Neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür. Bütün bunlar isə onun həm də iqtisadi əməkdaşlıq üçün ciddi perspektivlər vəd edən beynəlxalq təsisatdır. Qoşulmama Hərəkatı insan resurslarına, təbii sərvətlərinə və perspektiv imkanlarına görə lider təşkilatdır. Hazırda mövcud imkanları perspektivə çevirmək təşkilatın qarşısında buran əsas prioritetdir", - deputat vurğulayıb.

Millət vəkili xatırladıb ki, Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünün Yekun Sənədində dövlətlər keçmiş münaqişənin məhz Azərbaycan Respublikasının "ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstəyi ifadə ediblər. Hərəkat sonrakı bütün fəaliyyətində haqqı və ədaləti yüksək tutaraq Azərbaycanın ərazi bütövlüyünü birmənalı və açıq şəkildə dəstəkləyib.
Siyasi məsələlər üzrə ekspert Azər Qasımlı Qoşulmama Hərəkatının fəaliyyətini sadəcə vaxt itkisi kimi qiymətləndirib.
"Bu hərəkatın nə dünən, nə bügün, nə də sabah Azərbaycan üçün təsiri olmayacaq. İstər regiondakı vəziyyətlə bağlı, istərsə Azərbaycanın xarici siyasəti ilə bağlı heç bir gözləntisinigözləmək doğru olmaz. Azərbaycan bu Hərəkata qoşulanda o mesaji vermişdi ki, biz nə qərbə doğru gedirik, nə də Rusiya yönümlüyük. Bizim öz yolumuz var. Ümumiyyətlə bu hərəkatın dünyada heç bir rolu yoxdur. Qoşulmama Hərəkatı "soyuq müharibə" dövründə yaranıb. Müharibədən sonra da hərəkatın fəlsəfi olaraq heç bir mənası qalmadı. Hazırda bu hərəkata qeyri demokratik və diktatura olan ölkələrin klubu kimi tanınır. Bu Hərəkat 44 günlük müharibədə də Azərbaycana dəstək olmayın. Ona görə də hərəkatın keçirdiyi tədbir boş vaxt itkisidir", - şərhçi söyləyib.
Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli isə söyləyir ki, Qoşulmama Hərəkatı Qarabağ münaqişəsində müəyyən dərəcədə faydalı olmaqla Azərbaycana dəstək verib.
"Qurum üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və İkinci Qarabağ Müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə davam ediblər. Daha sonra Qoşulmama Hərəkatı tərəfləri münaqişənin sülh yolu ilə həllinə çağırıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb. BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələrin qəbul edilməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalsa da, Azərbaycanın 2011-ci ildən üzv olduğu və sədrlik etdiyi 120 ölkədən ibarət olan təşkilat 2020-ci ildə baş verən müharibədə rəsmi Bakı ilə eyni mövqedə dayanıb. Hazırda da Qarabağla bağlı yekun proseslərdə erməni lobbisinin, onun havadarı olan dövlətlərin səyi ilə Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə, BMT kimi universal qurumda sanksiya axtarışına çıxsalar da, məhz hərəkata üzv 120 dövlətin vetosu ilə qlobal dəstək əldə edə bilmirlər", - Əlibəyli vurğulayıb.
Qoşulmama hərəkatı ilk dəfə 1955-ci il İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında təsis edilib. Bu konfransdan 6 il sonra, 1-6 sentyabr 1961-ci il keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub.
Hərəkatın daimi mənzil qərargahı yoxdur Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır.
Hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
Azərbaycan bu təşkilata ilk dəfə 2011-ci ildə üzv seçilib.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər