• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Unibankın bir sıra göstəricilər üzrə bazar payı artıb

Unibankın bir sıra göstəricilər üzrə bazar payı artıb
04.07.2023 16:53
Son iki il ərzində "Unibank”ın tələbli depozitlər üzrə bazar payında nəzərəçarpacaq artım qeydə alınıb. İstər fiziki, istərsə də hüquqi şəxslərin banka etibarının daha da güclənməsi, bu ilin birinci rübünün depozit portfelinin həcmində də özünü göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin ilk rübünün sonuna Bankın ümumi depozitlərinin həcmi 1,1 milyard manatı ötüb. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 11,5 milyon manatdan çox artım deməkdir. Artım həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində özünü göstərib.

Müştərilərin banka etimad göstəricisini ifadə edən daha bir rəqəm olan cari hesab qalıqlarının artımında da ciddi irəliləyiş qeydə alınıb. Həm  fiziki, həm hüquqi şəxslərin cari hesab qalıqları 2023-cü ilin 1-ci rübü ərzində artaraq, 326 milyon manatı ötüb. Açıqlanan statistik məlumata əsasən, manat hesablarının payı digər xarici valyuta hesabları ilə müqayisədə üstünlük təşkil edib. 

Bu ilin ilk rübü, bankın dayanıqlılığını və dinamik inkişafını göstərən əsas maliyyə göstəriciləri üzrə də nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Bankın aktivləri 2022-ci ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq dövründə 370 milyon manat və ya 35% artıb. Bununla da ilk rüb ərzində bankın aktivləri çoxalaraq, 1 milyard 446 milyon manatı ötüb.

Hazırda Unibankı seçən müştərilərin sayı 2 milyona yaxınlaşıb. 2022-ci ilin birinci rübü ilə müqayisədə bankı seçən biznes sahiblərinin sayında da 41%-ə yaxın artım olub.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Köklü bankçılıq təməllərinə sahib olan Unibank, 31 illik uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakı ilə yerli maliyyə bazarına öz töhfəsini verməkdə davam edir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Banklardakı valyuta hərraclarındakı satış azalıb
İqtisadiyyat 12:36
Banklardakı valyuta hərraclarındakı satış azalıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:57
Məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti bahalaşıb
İqtisadiyyat 09:20
Azərbaycan neftinin qiyməti bahalaşıb
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol