• $
  • £

BAEA insanları zəhərləyəcək sənədi rəsmi şəkildə təsdiqlədi

BAEA insanları zəhərləyəcək sənədi rəsmi şəkildə təsdiqlədi
04.07.2023 19:49
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Yaponiyanın məhv olmuş "Fukusima-1” Atom Elektrik Stansiyasından (AES) çirklənmiş suyun Sakit okeana atılması planını təsdiqləyib.

BAEA-nın baş direktoru Rafael Qrossi suyun boşaldılmasının insanlara və ətraf mühitə radioloji təsir göstərəcəyini etiraf edib, ancaq bunun cüzi olacağını deyib. Eyni zamanda, Qrossinin fikrincə, yekun qərarı Yaponiyanın hakimiyyət orqanları verməlidir.

Qrossi əmin edib ki, o, suyun buraxılması ilə bağlı ictimai qorxuları aradan qaldırmağa çalışacaq və BAEA əməkdaşlarını müşahidə üçün AES-ə göndərəcək.

Layihənin dəqiq başlama tarixi hələ Yaponiya tərəfindən açıqlanmayıb.

AES-də su məhv edilmiş reaktorları soyutmaq üçün istifadə olunur. Yaponiyada bəyan edilib ki, maye səviyyəsi tezliklə son həddə çatacaq. Onlar həmçinin qeyd ediblər ki, su boşaldılmadan stansiyanı istismardan çıxarmaq mümkün deyil.

Yaponiyanın layihənin təhlükəsiz olduğuna dair verdiyi zəmanətlərə baxmayaraq, qonşu ölkələr buna mənfi yanaşırlar. Məsələn, Çin suyun boşaldılmasına qarşıdır. Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin okeanın "Yaponiyanın şəxsi kanalizasiyası olmadığını” bildirmişdi.

Xatırladaq ki, Yaponiyada 2011-ci ildə doqquz bal gücündə zəlzələ və ondan sonra gələn sunamidən sonra "Fukusima-1”-də qəza baş vermişdi. Hadisə nəticəsində ətraf mühitə radioaktiv elementlər yayılmışdı. Qəzaya Beynəlxalq Nüvə Hadisələri Şkalasına (INES) görə maksimum - yeddinci səviyyə təyin edilmişdi.

Yaponiya hakimiyyəti 2021-ci ilin aprelində qəzalı atom elektrik stansiyasından suyun boşaldılmasına başlamaq qərarını açıqlayıb. 2022-ci ilin yazında "Tokyo Electric Power” (TERCO) mayenin boşaldılmasına icazə alıb.

Radioaktiv maddələrlə çirklənmiş maye izotopları çıxarmaq məqsədilə süzüləcək. Mayedə yalnız tritium qalacaq, onu da texniki cəhətdən çıxarmaq mümkün deyil.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol