Niderland Ukraynaya yeni hərtərəfli dəstək paketi ayıracaq
Niderland Ukraynaya ümumi dəyəri 118 milyon avrodan çox olan ikinci hərtərəfli dəstək paketi təqdim edəcək. Vəsait humanitar ehtiyaclar və iqtisadi yardım üçün istifadə olunacaq.
Bu barədə "RBC-Ukrayna" Hollandiya hökumətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, 93 milyon avro 2023-cü ildə Ukraynaya dəstək üçün hökumətin 2,5 milyard avro ehtiyatından, daha 25 milyon avro isə xarici ticarət və əməkdaşlığın inkişafı üçün büdcədən ayrılacaq.
Bundan əlavə, Niderland Kaxovska su elektrik stansiyasının partladılmasının nəticələrinin aradan qaldırılması üzrə təcili yardım üçün 10 milyon avro ayıracaq. Daha 875 milyon avro isə ukraynalı hüquq müdafiəçilərinə dəstək üçün ayrılacaq.
Həmçinin, Niderland hökuməti ilk növbədə kənd təsərrüfatı, su təchizatı və səhiyyə sahələrində Ukraynanın bərpasına töhfə vermək üçün biznes və ictimai təşkilatlara 25 milyon qrant ayırır. Qrantlar sentyabr ayından etibarən tətbiq oluna bilər.
Ukraynanın qərb hissəsində tikinti materialları istehsalı zavodunun açılması üçün Ukrayna şirkətlərindən birinə əlavə maliyyə dəstəyi də veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox